Ətraf mühiti çirkləndirən 15 nəfər cərimələndi

07.08.2025

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Biləsuvar rayonunda ətraf mühiti çirkləndirən 15 nəfər barəsində inzibati tədbir görülüb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları ətraf mühitin çirkləndirilməsinə qarşı növbəti əməliyyat keçiriblər.

Əməliyyat zamanı rayonun müxtəlif ərazilərində məişət tullantılarının urnalardan kənara atılmasına, antisanitar vəziyyət yaradılmasına görə 15 nəfər cərimələnib.

Rayon ərazisində ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması, sanitariya-gigiyena qaydalarına riayət olunması məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью