Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır. "XXI əsrin ən böyük qlobal problemlərindən biri iqlim dəyişikliyidir.
Bu, yalnız bir ölkənin deyil, bütün dünyanın ortaq dərdidir.
İqlim dəyişikliyi ilə mübarizə artıq bütün dövlətlərin gündəliyində əsas yer tutmaqdadır.
2024-cü ildə Azərbaycanda keçirilmiş COP29 tədbiri bu baxımdan mühüm əhəmiyyət daşıyır.
Bu beynəlxalq konfransda mühüm qərarlar qəbul olundu və bir çox qlobal ekoloji problemlərə diqqət çəkildi".
Bu sözləri SİA-ya açıqlamasında Səma və Ekososial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova deyib.
Onun sözlərinə görə, Azərbaycanın belə bir tədbirə ev sahibliyi etməsi təsadüfi deyil: "Bu, ölkəmizin ekologiya sahəsində atdığı addımların və beynəlxalq səviyyədə gördüyü işlərin göstəricisidir.
COP29 həm də Azərbaycanın yaşıl enerji keçidinə sadiqliyinin bariz nümunəsi oldu.