“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

17.04.2025

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 472 (Cild I); 2024, № 3, maddə 250, № 4, maddə 365, № 11, maddə 1181, № 12 (II kitab), maddə 1331) aşağıdakı dəyişikliklər edilsin:

1. 52-ci maddənin 4-cü hissəsində “Dövlət ekoloji ekspertizasının obyektləri barədə ekoloji” sözləri “Ekoloji” sözü ilə əvəz edilsin.

2. 57-ci maddə üzrə:

2.1. adında “Dövlət ekoloji ekspertizasının” sözləri “Ekoloji ekspertiza” sözləri ilə əvəz edilsin;

2.2. 6-cı hissədə “Dövlət ekoloji ekspertizasının obyektləri barədə ekspert” sözləri “Ekoloji ekspertiza” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2025-ci il

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью