Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir. Ətirdən düzgün istifadə onun qalıcılığını xeyli artırır.
Mütəxəssislərin fikrincə, bədənin müəyyən nahiyələrinə vurulan ətir daha uzunmüddətli təsir göstərir.
Milli.Az-ın məlumatına görə dermatoloqlar bildirirlər ki, ətirin qalıcı olması üçün onu istilik yayan nöqtələrə tətbiq etmək lazımdır.
Bu nöqtələrə biləklərin içi, boyun, qulaq arxası, dirsək bükümü və dizin arxa hissəsi daxildir.
Çünki bu nahiyələrdə qan dövranı daha aktiv olduğuna görə bədən istiliyi yüksək olur və ətir molekullarının havaya yayılmasını sürətləndirir.
"Harvard Medical School" tərəfindən aparılan araşdırmaya görə, dəri quruluğu da ətirin qalma müddətinə təsir edir.
Quru dəriyə vurulan ətir daha tez buxarlanır. Bu səbəbdən mütəxəssislər əvvəlcə dərini nəmləndirməyi tövsiyə edirlər.
Ətirdən əvvəl istifadə olunan nəmləndirici kremlər ətirin dəriyə daha yaxşı hopmasına və uzun müddət qalmasına kömək edir.