ETSN Ekspert saatı təşkil edəcək

19.12.2024

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

19 dekabr tarixində, saat 16:00-17:00 aralığında facebook sosial şəbəkəsi üzərindən canlı yayımda “Ekspert saatı” rubrikası yayımlanacaq.

"Unikal" xəbər verir ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Babayeva, Ümumdünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov, Azərbaycan Ornitoloji Cəmiyyətinin direktoru, biologiya üzrə fəlsəfə doktoru Elçin Sultanov tərəfindən aşağıda qeyd olunan mövzular ətrafında suallarınız cavablandırılacaq. 

? Ov mövsümünün tənzimlənməsi;
? Ovçuluq fəaliyyətinin həyata keçirilməsi qaydaları;   
? Ölkə ərazisində vəhşi heyvan və quş növlərinin monitorinqi

Sizi maraqlandıran sualları postun şərh bölməsində qeyd edə bilərsiniz.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью