ETX bəzi veb resurslarda müvəqqəti dayanmanın səbəbini açıqladı | Icma.az
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bu gün "Cloudflare"nin qlobal infrastrukturunda müşahidə olunan fasilələr nəticəsində ölkəmizdə platformanın xidmətindən istifadə edən bir çox veb-resurslarında müvəqqəti dayanma baş verib.
Avtosfer.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Bildirilir ki, dayanmalara səbəb kimi "Cloudflare"nin son günlərdə "Aisuru botnet" tərəfindən həyata keçirilən rekord həcmli DDoS hücumlarını dəf etməsi ilə əlaqəli yük artımı göstərilir.
Şirkət hücumları neytrallaşdırsa da, qlobal trafikdə yaranan dalğalanmalar bəzi lokal resursların əlçatanlığında qısamüddətli problemlərə səbəb olub.
Hazırda xidmətlər tam bərpa edilib və sabit fəaliyyət göstərir. Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu