ETX də Qazaxıstanın nümayəndə heyəti ilə görüş keçirilib

02.02.2026

Azvision saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

AzVision.az -a bu barədə ETX-dən məlumat verilib.
Bildirilib ki, görüşdə kibertəhlükəsizlik sahəsində çağırışlar, mövcud risklər və bu sahədə tətbiq olunan yanaşmalar barədə fikir mübadiləsi aparılıb. Kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər, institusional mexanizmlər sahəsində təcrübələrin qarşılıqlı öyrənilməsinin əhəmiyyətindən danışılıb.
Həmçinin fərdi məlumatların mühafizəsi sahəsi üzrə müzakirələr aparılıb. Bu istiqamətdə mövcud normativ-hüquqi baza, tətbiq olunan mexanizmlər və institusional yanaşmalar, qurumların fərdi məlumatların qorunması sahəsində həyata keçirdikləri fəaliyyət, məlumat təhlükəsizliyinin təmin edilməsi və risklərin azaldılması ilə bağlı gördüyü işlər nəzərdən keçirilib. Bu istiqamətdə də əməkdaşlıq və təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, ETX və Qazaxıstanın Dövlət Texniki Xidməti arasında 2023-cü ildə, Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin İnformasiya Təhlükəsizliyi Komitəsi arasında isə 2024-cü ildə anlaşma memorandumları imzalanıb.
AzVision.az Qalereya
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью