Icma.az, Azvision saytına istinadən bildirir.
AzVision.az xəbər verir ki, Yaponiyanın Milli CERT-nin (JPCERT/CC) təşkilatçılığı ilə baş tutan tədbir müasir kibertəhdid kampaniyaları, APT qruplaşmalarının fəaliyyəti, zərərli proqramların təhlili və kibertəhlükəsizlik insidentlərinə reaksiya mexanizmləri kimi aktual mövzulara həsr olunub.
Konfrans çərçivəsində fişinq hücumları, MitM texnikaları, RAT və C2 infrastrukturlarının təkamülü ilə bağlı real hadisələr üzrə nümunələr təqdim edilib. Eyni zamanda insidentlərin atribusiyası, çoxklasterli hücumların analizi və genişmiqyaslı istismar hallarının araşdırılmasına dair fikir mübadiləsi aparılıb.
Praktiki sessiyalar zamanı zərərli e-poçtların təhlili və tərsinə mühəndislik yolu ilə zərərli proqramların analizi (malware reverse engineering) üzrə bacarıqların artırılmasına xüsusi diqqət yetirilib.
Beynəlxalq tədbirdə qlobal kibertəhdidlərə qarşı erkən aşkarlama imkanlarının və koordinasiyalı cavab mexanizmlərinin əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edək ki, Elektron Təhlükəsizlik Xidməti ilə Yaponiyanın Milli CERT-i arasında ötən ildən etibarən aktiv əməkdaşlıq əlaqələri mövcuddur.
AzVision.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin. Konfrans çərçivəsində fişinq hücumları, MitM texnikaları, RAT və C2 infrastrukturlarının təkamülü ilə bağlı real hadisələr üzrə nümunələr təqdim edilib. Eyni zamanda insidentlərin atribusiyası, çoxklasterli hücumların analizi və genişmiqyaslı istismar hallarının araşdırılmasına dair fikir mübadiləsi aparılıb.