ETX: “Temu iş təklifi” adı ilə dələduzluq xarakterli məlumatlar təqdim edilir | Icma.az
Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır. Son günlər sosial şəbəkələrdə və ani mesajlaşma platformalarında, xüsusilə “Telegram
Bu barədə "APA-Economics"ə Elektron Təhlükəsizlik Xidmətindən (ETX) bildirilib.
Qeyd edilib ki, “Temu iş təklifi” adı altında təqdim edilən bu məlumatlar dələduzluq xarakteri daşıyır.
Dələduzlar vətəndaşlara “ev şəraitində onlayn qazanc”, “asan iş”, “sifarişlərin yerinə yetirilməsi ilə yüksək gəlir” kimi saxta və cəlbedici təkliflər göndərir, daha sonra onları müxtəlif keçidlərə yönləndirərək fərdi məlumatlar vasitəsilə vəsaitlərini ələ keçirirlər.
ETX vətəndaşlara bu kimi paylaşımlara etibar etməməyi, şübhəli mənbələrdən daxil olan mesajlardakı keçidlərə daxil olmamağı, eləcə də bank və digər şəxsi məlumatları heç bir halda təqdim etməməyi tövsiyə edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu