ETX və UNEC birgə maarifləndirmə tədbiri keçirib FOTOLAR

10.12.2024

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə maarifləndirmə tədbiri keçirilib.

Modern.az xəbər verir ki, ümumilikdə 45 nəfərin iştirak etdiyi tədbirdə ETX-nin əməkdaşı “İnformasiya təhlükəsizliyi üzrə müdafiə sistemləri” mövzusunda çıxış edib və tələbələrin suallarını cavablandırıb.

Tədbirin keçirilməsində məqsəd ali təhsil müəssisələrində informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik mədəniyyətini formalaşdırmaq, karyera planlamasında tələbələri istiqamətləndirməkdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью