“Euractiv”: Avropada artan müdafiə xərclərinə dəstək azalır

07.10.2025

Ayna portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ötən ilin aprelində avropalıların 74 faizi xərclərin artırılmasını dəstəkləyib, indi bu rəqəm 67 faizdir

Avropada müdafiə xərclərinin artırılmasına dəstək 2024-cü ilin aprelindən bəri yeddi faiz azalıb. AYNA.AZ xəbər verir ki, bu barədə “Euractiv” portalı məlumat yayıb.

Bildirilib ki, hələ ötən ilin aprelində avropalıların 74 faizi xərclərin artırılmasını dəstəkləyib, indi bu rəqəm 67 faizdir.

Araşdırmaya görə, xərclərin artırılmasına dəstək Mərkəzi və Şərqi Avropa ölkələrində ən yüksəkdir. İtaliyada isə respondentlərin yalnız 48 faizi hərbi xərclərin artırılmasını dəstəkləyir. Cənubi Avropada respondentlərin 59 faizi müdafiə xərclərinin artırılmasını dəstəkləyir.

Bundan əlavə, respondentlərin 52 faizi Avropanın üçüncü ölkə ilə uzun sürən münaqişəyə hazır olduğuna dair qeyri-müəyyənlik ifadə edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью