Euronews Azərbaycanda dövlət özəl tərəfdaşlığının inkişafı ilə bağlı video yayımlayıb

23.01.2026

Icma.az, Xalqcebhesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Euronews" beynəlxalq xəbər kanalı Azərbaycanda dövlət-özəl tərəfdaşlığının (PPP) inkişafı, iqtisadi diversifikasiya, qeyri-neft sektorunun şaxələndirilməsi və bununla bağlı ölkəmizə artan beynəlxalq maraqla bağlı video yayımlayıb.

İqtisadiyyat Nazirliyinin Layihələrin idarə olunması şöbəsinin müdiri Zamir Dibirov 2026-cı il üzrə PPP portfelinin strateji əhəmiyyətli və yüksək sosial təsirə malik 6 layihəni əhatə etdiyini nəzərə çatdırıb.

Süjetdə rəqabətqabiliyyətli biznes mühitinin formalaşdırılması, müasir infrastruktur, insan kapitalının inkişafı istiqamətində görülən işlər beynəlxalq auditoriyanın diqqətinə çatdırılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью