“Euronews müsahibəsi Azərbaycanın dünya gündəmində rolunu göstərdi” ŞƏRH

23.01.2026

Icma.az, Sia Az saytına istinadən bildirir.

"Cənab Prezidentin dünyanın tanınmış kütləvi informasiya vasitələrindən biri olan “Euronews” televiziya kanalına müsahibəsi - hansı ki, bu kanalın yüz milyonlarla auditoriyası var - Davos İqtisadi Forumu çərçivəsində çox önəmli hadisə idi". Bunu SİA-ya açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev deyib.

Onun sözlərinə görə, bu, eyni zamanda dünyanın aparıcı televiziya kanallarının və nüfuzlu media qurumlarının Azərbaycana və onun liderinə göstərdiyi diqqətin göstəricisidir: "Çünki Azərbaycan bu gün Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər, cənab Prezidentin çıxışları, eləcə də dünyanın tanınmış transmilli korporasiyalarının və iri şirkətlərinin rəhbərləri ilə keçirilən təmaslar vasitəsilə bir daha təsdiq edir ki, Azərbaycan artıq geosiyasi və iqtisadi gündəmdə mühüm rol oynayan ölkələr sırasındadır.

Euronews kanalına müsahibədə Azərbaycan Prezidenti həm Azərbaycanın beynəlxalq siyasətdə oynadığı rol haqqında, həm Ermənistan-Azərbaycan keçmiş münaqişəsi, Azərbaycanın üzləşdiyi çağırışlar və təhdidlər, eləcə də atdığı uğurlu addımlar barədə geniş şəkildə danışdı. Bu müsahibə bir daha göstərdi ki, Azərbaycanın informasiya müharibəsi kontekstində də mühüm mərhələyə gəldiyi aydın şəkildə görünür.

Vaxtilə bəzi televiziya kanalları və dünya ictimai rəyini formalaşdıran media qurumları Azərbaycana fərqli yanaşır, müxtəlif kampaniyalar aparırdılar. Amma bu gün biz artıq başqa mənzərənin şahidi oluruq: Azərbaycan dünyanın diqqətini cəlb edir, cənab Prezidentin çıxışları yaxından izlənilir, Azərbaycanın uğurlu modeli və “açar ölkə” kimi rolu daha aydın görünür.

Cənab Prezidentin bu müsahibəsi bir daha təsdiqlədi ki, Azərbaycan dünya gündəmində mühüm yer tutan ölkə kimi, lideri isə qlobal müzakirələrdə diqqət mərkəzində olan siyasi fiqur kimi çıxış etməkdə davam edəcək.

Bundan başqa, təsadüfi deyil ki, Ermənistan-Azərbaycan münaqişəsinin müvəffəqiyyətlə həll edilməsindən sonra Azərbaycanın ortaya qoyduğu təcrübənin və modelin beynəlxalq müstəvidə müzakirə olunması, qiymətləndirilməsi və “masa üzərinə qoyulması” xüsusi maraq doğurur. Bu modelin gələcəkdə təhlükəsizlik və sabitliklə bağlı beynəlxalq platformalarda da dəyərləndirilməsi diqqət mərkəzindədir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью