Euronews : Sovet qətliamının xatirəsi Azərbaycanın müstəqillik arzularında əsas amilə çevr…
Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Hər il yanvarın 20-da Azərbaycanda keçmiş SSRİ-nin milli-azadlıq hərəkatını boğmaq məqsədilə dinc əhaliyə qarşı törətdiyi qanlı qırğının qurbanlarının xatirəsi anılır.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Euronews"un materialında qeyd olunub.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 18-də 1990-cı ilin faciəli hadisələrinin xatirəsinə Şəhidlər xiyabanını ziyarət edib.
Dövlət başçısı SSRİ-nin süqutu ərəfəsində hərbi müdaxilə nəticəsində həlak olmuş dinc sakinlərin xatirəsini simvolizə edən "Əbədi məşəl" kompleksinə gül dəstələri qoyub.
Faciənin rəsmi ildönümü Azərbaycanın Ümummilli matəm günü – 20 yanvar tarixində qeyd olunur və hər il bütün ölkə üzrə hüzn və milli düşüncə günü kimi anılır.
"Qara Yanvar" Azərbaycanın müstəqillik yolunda dönüş nöqtəsi kimi geniş qəbul edilir və xalqın suverenliyə olan istəyini gücləndirib.
Prezidentin ziyarəti ümummilli anım tədbirləri proqramının bir hissəsidir.
Tam oxu
Xəbəri oxu