Euronews un rəhbəri ÇAĞIRIŞ EDİB

25.08.2026

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Beynəlxalq əməkdaşlıq və jurnalistlər, bütövlükdə media nümayəndələri arasında təcrübə mübadiləsi gələcəyin məsuliyyətli şəkildə formalaşdırılmasında mühüm rol oynayır.

Bakıvaxtı.az-ın xəbərinə görə, bunu "Euronews"un baş və redaksiya direktoru Klaus Struns "İslam sivilizasiyası: yeni baxış - yeni kəşflər" beynəlxalq mediaforumunda çıxış edərkən bildirib.

"Bir-birimizlə görüşmək gələcəyi düzgün və məsuliyyətli şəkildə yaratmaq deməkdir", - o qeyd edib.

Struns jurnalistikada beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayaraq, dünya üzrə kütləvi informasiya vasitələrinin nümayəndələrinin birgə işləməli olduğunu bəyan edib.

O, həmçinin xatırladıb ki, "Euronews" telekanalı bu il beynəlxalq mediaforumda mediapartnyoru qismində iştirak edir. Struns müxtəlif ölkələrdən KİV nümayəndələrini, ekspertləri və praktikləri bir araya gətirən foruma uğurlar arzulayıb.

"Bizim üçün jurnalistika sadəcə biznes və sadəcə peşə deyil - bu, missiya, çağırışdır", - "Euronews"un rəhbəri vurğulayıb.

Çıxışının sonunda Struns Mirzə Uluqbəyin bilik və elmi irsin əhəmiyyəti haqqında sözlərini sitat gətirib: "Dinlər duman kimi dağılır, imperiyalar özlərini məhv edir, lakin alimin əməyi əbədi qalır. Biliyə can atmaq hər kəsin borcudur".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью