Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.
"Eurovision-2011" mahnı müsabiqəsinin qalibi, Azərbaycanın tanınmış müğənnisi ELDAR (Eldar Qasımov) Almaniyada "Eurovision"un rəsmi fan-klubu "OGAE Germany" tərəfindən təşkil olunan illik görüş çərçivəsində Münhendə konsert proqramı ilə çıxış edib.
Eldar həmin gecə səhnəni "Eurovision-2016"da Avstriyanı təmsil etmiş Zoë Straub, "Eurovision-2014"də Almaniya adından iştirak etmiş Elaiza qrupu, eləcə də Almaniyada sürətlə populyarlıq qazanan Galant dueti ilə bölüşüb.
Konsert proqramında "Eurovision" tarixinin sevilən hitləri – Euphoria (Loreen), Rise Like a Phoenix (Conchita Wurst) və digər məşhur ifalar səslənib.
Gecənin ən yaddaqalan anlarından biri isə Eldarın Azərbaycana 2011-ci ildə qələbə qazandıran "Running Scared" mahnısını ifa etməsi olub.
Tədbir çərçivəsində ELDAR "OGAE Germany" fan-klubunun fəxri üzvü adına layiq görülüb.
Tamaşaçılar, eyni zamanda, müğənninin alman dilində sərbəst ünsiyyətini və səhnədəki səmimi çıxışını xüsusi maraqla qarşılayıblar.
Qalereya