“Eurovision 2026”nın keçiriləcəyi şəhər və tarix açıqlandı

20.08.2025

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Gələn il Avstriyada keçiriləcək “Eurovision” müsabiqəsinin hansı şəhərdə təşkil olunacağı və tarixi müəyyənləşib.

525.az xəbər verir ki, müsabiqəyə paytaxt Vyana ev sahibliyi edəcək. Sayca 70-ci dəfə təşkil olunacaq yarışmanın yarımfinalları 12 və 14 mayda, final isə 16 mayda keçiriləcək.

Xatırladaq ki, sonuncu dəfə Bazeldə keçirilən “Eurovision” müsabiqəsinin qalibi avstriyalı müğənni JJ (Johannes Piç) olub.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью