Eurovision qalibi İsraili istəmədi

22.05.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

"Eurovision"un builki qalibi, avstriyalı JJ İsraili istəməyib.

Bakıvaxtı.az bu barədə İspaniyanın “El Pais” qəzetinə istinadla xəbər verir.

“Gələn il "Eurovision"un Vyanada, lakin İsrailin iştirakı olmadan keçirilməsini arzu edirəm. Ancaq bu qərarı verəcək qurum Avropa Yayım İttifaqıdır (EBU). Biz sənətçilər yalnız fikirlərimizi bildirə bilərik”, - deyə avstriyalı müğənni Yohannes Pietsç (səhnə adıyla JJ) qeyd edib.

O, mülki şəxslərə qarşı zorakılığı qəti şəkildə pislədiyini, bunun kim tərəfindən törədilməsinin fərq etmədiyini vurğulayıb və bu mövzu ilə bağlı fikirlərini açıq şəkildə bildirməyə davam edəcəyini bildirib.

Cansu Məmmədli

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Bakıvaxtı.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью