futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası “CEV EuroVolley 2026” Avropa çempionatında ilk matçına çıxıb.
Futbolpress.az xəbər verir ki, yığmamız Bakıda yerləşən Milli Gimnastika Arenasında Portuqaliya seçməsini qəbul edib. C qrupunun I turu çərçivəsində baş tutan qarşılaşma komandamızın 3:1 hesablı üstünlüyü ilə yekunlaşıb.
Voleybolçularımız ilk seti 25:23 hesabı ilə xeyirlərinə bağlayıblar. İkinci hissədə eyni hesabla qalib gələn rəqib ümumi hesaba tarazlıq gətirib.
Gərgin mübarizəyə səhnə olan üçüncü seti 27:25 hesabı ilə aktivinə yazan təmsilçimiz yenidən önə keçib – 2:1.
Dördüncü setdə də rəqibini 25:20 hesabı ilə üstələyən voleybolçularımız yekun nəticəni müəyyənləşdiriblər. Bu qalibiyyətlə Azərbaycan seçməsi qitə birinciliyinə uğurlu start verib.