Ev alanlara şad xəbər Pullarının bir hissəsi GERİ QAYITDI

12.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Bina tikintisi ilə məşğul olan şəxslərdən mənzil və qeyri-yaşayış sahələri alan vətəndaşlara milyonlarla manat ƏDV geri ödənilib.

“Yeni Sabah” xəbər verir ki, 2026-cı ilin yanvar-oktyabr ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılan hissəsi 29 milyon 792,3 min manat təşkil edib.

Qeyd edək ki, bu proses Azərbaycan ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılmasını nəzərdə tutan “ƏDV geri al” layihəsi çərçivəsində həyata keçirilir. İnternet mağaza

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью