Ev almağın yeni yolu: Kiçik pulla böyük layihə

22.07.2025

Icma.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Emlak Konut GYO və TOKİ, İstanbul Başakşəhərdə yeni bir mənzil layihəsini həyata keçirir. Bu layihədə vətəndaşlara daşınmaz əmlak sertifikatı ilə sərmayə qoymaq imkanı təqdim olunacaq.

Bu barədə News24.az CNN Türk-ə istinadən xəbər verir. 

Bu sertifikatlar, layihə hələ tamamlanmamışkən mənzillərin kiçik sahələrə bölünərək sərmayəçilərə təqdim edildiyi maliyyə alətidir. Beləliklə, sərmayəçilər az məbləğlərlə böyük layihələrə ortaq ola bilirlər. Layihənin dəyəri artdıqca, sərmayə də qazanc gətirir.

Zamanla kifayət qədər sertifikat toplayan sərmayəçilər birbaşa mənzil sahibi ola bilər. Əgər bu mümkün olmazsa, layihə tamamlandıqda əldə olunan dəyər artımından qazanc götürmək mümkündür. Sertifikatlar həmçinin Borsa İstanbul vasitəsilə alınıb-satıla bilir, layihə bitdikdə isə ya daşınmaz əmlaka çevrilə, ya da pul şəklində geri alına bilər.

Bu model, ev sahibi olmaq istəyən, amma böyük miqdarda vəsaiti olmayan şəxslər üçün alternativ və əlçatan bir yol olaraq qiymətləndirilir.

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью