Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.
Aparıcı Rövşanə Ağasəfqızı mənzil qiymətləri və gənclərin ev sahibi olmaqda üzləşdiyi çətinliklərdən danışıb.
Axşam.az xəbər verir ki, aparıcı verilişində gənclərin kredit ödənişləri, kirayə xərcləri və ailə qurmaqla bağlı problemlərinə diqqət çəkib.
O bildirib ki, uzun illər banka ödəniş etmək, eyni zamanda kirayə haqqı ödəyib ailə saxlamaq gənclər üçün ciddi çətinlik yaradır:
“Ayda 1500 manat banka pul ödəyirsən. 300-500 manatı əsas borcdan gedir, qalanı faizə. İnsan ayda 500-600 manat kirayə pulu verməli, dolanmalı, ailə saxlamalıdır. 25 il, ömrünün bir yerinə qədər banka pul ödəməlidir. Nə qədər doğrudur? Gəncləri razı salmalıdırlar.
Deyirlər, toy azalıb, evlənənlər əvvəlki qədər deyil. İnsanlar ev ala bilmirlər. Adamlar kirayədə ailə saxlamaq istəmirlər. Ev almaq əlçatmaz olub”.