Icma.az, Demokrat.az saytına istinadən bildirir.
2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycanda mənzil bazarında qiymətlər 2024-cü ilin yanvar-dekabr aylarına nisbətən 12.2% artıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə ilkin mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 12.7%, təkrar mənzil bazarında isə 12.2% artıb. Qeyd edək ki, mənzil bazarında yüksək qiymət artımı artır bir neçə ildir ki, davam edir.
Bu barədə Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, son dövrlərdə daşınmaz əmlak bazarında qiymət dəyişmələri ilə bağlı açıqlanan rəqəmlər arasında ən real göstəricilər Dövlət Statistika Komitəsinin hesabatlarında əks olunan məlumatlardır:
“Bu il qiymət artımı müşahidə olunub, lakin ötən 3 il ərzində baş verən artımlarla müqayisədə bu ilki artım daha aşağı səviyyədədir. Əvvəlki illərdə adətən qiymətlərdə 20 faiz və daha yüksək artım qeydə alınırdısa, bu il Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən artım göstəriciləri təxminən 12, 10 faiz ətrafındadır. Məsələn, ipoteka proqramları üzrə satılan mənzillərdə və köhnə binalarda qiymət artımı artıq 10 faizdən aşağıdır”.
O əlavə edib ki, hazırda daşınmaz əmlak bazarında artım birrəqəmli səviyyəyə enib:
“Bu, əslində normal göstərici hesab oluna bilər. Çünki adətən makroiqtisadi göstəricilərdə dəyişikliklər birrəqəmli olduğu halda, daşınmaz əmlak bazarında qiymət artımları iki rəqəmli olurdu. Bu baxımdan mövcud vəziyyəti balanslı və məqbul qiymətləndirmək olar. 2026-cı ildə qeydə alınacaq qiymət dəyişiklikləri bu illə müqayisədə daha da aşağı ola bilər. Bu, hazırkı tendensiyalara əsaslanan ehtimaldır. Eyni zamanda ilkin mənzil bazarında qiymət artımının nisbətən yüksək olmasını əsasən investor təsiri ilə əlaqələndirmək olar. Tikinti şirkətləri qiymətləri aşağı salmaq istəmirlər və bu məsələdə daha çox maraqlarını qorumağa çalışırlar”.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin. Bu barədə Demokrat.az-a açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, son dövrlərdə daşınmaz əmlak bazarında qiymət dəyişmələri ilə bağlı açıqlanan rəqəmlər arasında ən real göstəricilər Dövlət Statistika Komitəsinin hesabatlarında əks olunan məlumatlardır: