Ev almaq istəyənlərin NƏZƏRİNƏ! Bu ərazilərdə qiymətlər bahalaşacaq | Icma.az
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir. Bakıda mənzil qiymətlərində artım müşahidə edilir.
Əhali tez-tez qiymətlərin dəyişməsi ilə bağlı narazılığını bildirir.
Ekspertlər bunun bir sıra amillərdən asılı olaraq dəyişdiyini deyir, əsasən də mənzilin yerləşdiyi ərazi, sahəsi, otaq sayı, tikili növü (yeni və ya köhnə tikili) və təmir vəziyyəti qiymətlərə təsir edir.
Qeyd etmək lazımdır ki, mənzilin yerləşdiyi ərazi qiymətə əhəmiyyətli dərəcədə təsir edir.
Mərkəzi rayonlarda və metro stansiyalarına yaxın ərazilərdə mənzillərin qiymətləri adətən daha yüksək olur.
Əlavə olaraq, mənzilin təmir vəziyyəti və binanın infrastrukturu da qiymətə təsir edən mühüm amillərdəndir.
Təmirli və müasir infrastruktura malik binalarda mənzillərin qiymətləri daha yüksəkdir.
Misal üçün, Yeni Günəşlidə 65 m² sahəsi olan 2 otaqlı mənzil 130 min manata təklif edilir.
Tam oxu
Xəbəri oxu