Ev almaq istəyənlərin NƏZƏRİNƏ! İpoteka faizləri ENƏ BİLƏR | Icma.az
Baku.ws saytından alınan məlumata görə, Icma.az bildirir. Azərbaycanda ipoteka faizlərinin azalması mənzil alqı-satqı əməliyyatlarının sayın
Bu barədə BAKU.WS-ə açıqlama verən iqtisadçı ekspert Vüqar Oruc bildirib.
Ekspert vurğulayıb ki, ipoteka faizləri ölkədəki iqtisadi proseslərdən, manatın dəyərindən və makroiqtisadi vəziyyətdən asılı olaraq müəyyənləşir.
"Orta faiz dərəcəsi ölkədə hansı səviyyədədirsə, ipoteka kreditlərinin ödəniş faizləri də ona yaxın olur.
Ölkə iqtisadi cəhətdən inkişaf etdikcə faizlər də aşağı düşür," – deyə o bildirib.
Mütəxəssis əlavə edib ki, əvvəlki illərdə ipoteka faizləri təxminən 10% civarında idisə, hazırda 9-7%-ə qədər enib.
Onun sözlərinə görə, ölkənin iqtisadi inkişafı davam etdikcə faizlərin yaxın gələcəkdə daha da aşağı düşməsi gözlənilir.
Şahanə Xankişiyeva Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu