Ev arvadın adınadırsa bu halda əmlakı itirə bilərsiniz!

09.10.2026

Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Ər-arvaddan birinin borcu və ya digər öhdəliyi üzrə ödəmə müəyyən hallarda yalnız onun şəxsi əmlakına deyil, ailənin ümumi əmlakına da yönəldilə bilər.
Avtosfer.az xəbər verir ki, ər-arvaddan birinin şəxsi öhdəlikləri üzrə ödəmə, bir qayda olaraq, onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin şəxsə çatacaq paya yönəldilə bilər.
Lakin ər-arvadın ümumi öhdəlikləri üzrə ödənişlər birbaşa onların ümumi əmlakına yönəldilir.
Həmçinin ər-arvaddan birinin öhdəliyi üzrə əldə etdiyi vəsaitin ailənin ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilərsə, həmin öhdəlik üzrə ödəmə də ər-arvadın ümumi əmlakına yönəldilə bilər.
Əgər ümumi əmlak belə öhdəliklərin ödənilməsi üçün kifayət etməzsə, ər-arvad hər birinin şəxsi əmlakı ilə həmin öhdəliklər üzrə birgə məsuliyyət daşıyırlar.
Qanunvericilikdə cinayət yolu ilə əldə edilmiş vəsaitlə bağlı da xüsusi qayda nəzərdə tutulur. Ər-arvadın ümumi əmlakının onlardan birinin cinayət yolu ilə qazandığı vəsait hesabına əldə edildiyi və ya artırıldığı məhkəmənin hökmü ilə müəyyən olunarsa, ödəmə həmin əmlaka və ya onun bir hissəsinə yönəldilə bilər.
Yetkinlik yaşına çatmayan uşaqların vurduğu zərərə görə də ər-arvad mülki qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.
Bu halda zərərin ödənilməsi üçün ər-arvadın əmlakına yönəldilən ödəmə də ailə ehtiyacları üçün istifadə edilmiş vəsaitlə bağlı müəyyən edilmiş qaydalara uyğun həyata keçirilir. /ajans.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью