Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müğənni Rəqsanə İsmayılova 1 milyon manatlıq dələduzluğa görə tutulmuşdu. Zərərçəkənə 100 min manat ödədi, ev dustaqlığına buraxıldı.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Sabunçu rayon Məhkəməsi belə qərar verib; müğənni evdə dincələcək, o vaxt ərzində də Sabunçu məhkəməsi bu işi sabunlayıb, şambunlayıb, təmizləyəcək. Rəqsanə İsmayılova da olacaq tərtəmiz, nümunəvi vətəndaş.
Ah! Nə gözəl məmləkətdir! Haqqı deyəni dara çək, "dələduzluq milyoneri" Rəqsanə İsmayılovanı, dövlətə xəyanət milyarderi Ramiz Mehdiyevi "ev dustaqlığı" ilə mükafatlandır! "Ev dustaqlığı" demək də birtəhər çıxır; bunun adına "İmarət dustaqlığı", "villa dustaqlığı" da demək olar. O fağır məhbus jurnalistlərin çoxunun heç evi də yoxdur. Nə ola, bir Sabunsuz məhkəmə ola, o evsiz günahsızları da, heç olmasa, kirayə dustaqlığına buraxa!
S. Əhmədli,
Bizimyol.info