Ev dustaqlığına buraxılan Leyla Əhmədovanın yeni Fotoları

03.11.2026

Icma.az xəbər verir, Axsham.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, modelyer Leyla Əhmədova bir müddət əvvəl həbs olunub, daha sonra ev dustaqlığına buraxılıb.

Axşam.az-ın məlumatına görə, modelyerin yeni fotoları yayılıb. O, şəkillərini sosial şəbəkə hesabında paylaşıb. Fotolarda Əməkdar artist Elza Seyidcahan da yer alıb.

Qeyd edək ki, Əhmədova Leyla Saday qızı külli miqdarda dələduzluqda ittiham olunub. Onun barəsində Xətai Rayon Məhkəməsinin qərarı ilə 3 aylıq həbs qətimkan tədbiri seçilib. L.Əhmədova barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью