Ev dustaqlığına buraxılan müğənni ilk solo konsertini verəcək

01.12.2025

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir neçə gün öncə ev dustaqlığına buraxılan Rəqsanə İsmayılova solo konsert verəcək.

"Yeni Sabah" xəbər verir ki, o, dekabrın 16-da şəhər restoranlarından birində səhnəyə çıxacaq.

Bu, müğənninin həbsdən sonra verəcəyi ilk solo konsertdir.

Gecəninin xüsusi qonağı ifaçının qızı Aysun İsmayılova olacaq. 

Rəqsanə İsmayılova vətəndaşların 35 000 manat dəyərində qızıl-zinət əşyalarını və 520 000 ABŞ dolları məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur. İttiham sübuta yetirilərsə, müğənnini azadlıqdan məhrumetmə cəzası gözləyir. O, noyabrın 19-da ev dustaqlığına buraxılıb.

Aydan Hacı


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью