Ev dustaqlığında olan erməni arxiyepiskop parlament seçkilərində səs verib

07.06.2026

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ev dustaqlığında olan erməni arxiyepiskop Mikael Ajapahyan parlament seçkilərində səs verib.

AZXEBER.COM erməni mətbuatına istinadən xəbər verir ki, Gümrüdəki 31/44 saylı seçki məntəqəsində səs verib.

Arxiyepiskopla birlikdə seçki məntəqəsinə iki polis əməkdaşı gəlib.

Xatırladaq ki, arxiyepiskop Mikael hakimiyyəti ələ keçirməyə çağırdığına görə iki il həbs cəzasına məhkum edilib. O, "çox sayda tərəfdarı olduğuna görə, 3 fevral 2024-cü ildə və 21 iyun 2025-ci ildə media nümayəndələrinə verdiyi müsahibədə hakimiyyəti ələ keçirməyə çağırıb" ittiham olunur.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью