Ev heyvanı saxlamaq uşaqlara zərər verə bilərmi?

24.06.2026

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Heyvanlarla böyüyən uşaqlarda empatiya hissi və emosional bağlanma daha güclü ola bilər. Lakin körpə və kiçik uşaqların immun sistemi həssas olduğu üçün gigiyena qaydalarına ciddi əməl etmək vacibdir”.

Bakıvaxtı.az xəbər verir ki. bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun  pediatrı  Gülnarə İlyasova deyib.

Onun sözlərinə görə, uşaqlara və ailə üzvlərinə əllərini yumaq öyrədilməlidir:

“Heyvana toxunduqdan, yemək qablarını təmizlədikdən, qum və ya tualet qabını dəyişdikdən, heyvanın tüpürcəyi ilə təmasdan sonra əllər ən azı 20 saniyə sabun və su ilə yuyulmalıdır. Ev heyvanlarının sağlamlığı birbaşa ailənin sağlamlığı ilə əlaqəlidir”.

Pediatr qeyd edib ki, ev heyvanlarının peyvəndlərinin vaxtında vurulması, parazit müalicələri müntəzəm aparılması çox vacibdir.

"Çünki parazitlər bəzi hallarda uşaqlara keçərək bağırsaq problemləri və allergik reaksiyalar yarada bilər. Əgər evdə pişik və ailədə hamilə qadın varsa, toksoplazmoz riski səbəbilə pişik qumunun təmizlənməsi zamanı xüsusi diqqət lazımdır. Mümkünsə bunu başqa ailə üzvü etməlidir”.

G.İlyasova sonda bildirib ki, ev heyvanı saxlamaq uşaqlar üçün təhlükəli deyil, əksinə düzgün gigiyena ilə birlikdə faydalı ola bilər: “Əsas məsələ müntəzəm təmizlik, düzgün əl gigiyenası, heyvanın sağlamlığına nəzarətidır”. 

Aynur Babazadə

Ev heyvanları uşaqlarda allergiyaya səbəb ola bilər.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi K.Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova deyib.

Onun sözlərinə görə, allergiyanın ən effektiv müalicə üsulu allergenlə təması aradan qaldırmaqdır. Pediatr qeyd edib ki, bəzi hallarda bu, ailələr üçün emosional cəhətdən çətin qərar olsa da, zəruri ola bilər.

G. İlyasova bildirib ki, ev heyvanlarının saxlanılması ilə bağlı aparılan araşdırmalar fərqli nəticələr göstərir. Belə ki, bəzi ailələrdə ev heyvanları uşağın immun sisteminin formalaşmasına müsbət təsir edir, orqanizmi xarici amillərə uyğunlaşdırır və allergiyanın yaranma riskini azalda bilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью