Ev heyvanlarının ölümü doğma insan itkisi qədər ağırdır Elmi açılaçma | Icma.az
Saglamolun saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ŞOK ARAŞDIRMABritaniyalı alimlərin apardığı yeni araşdırma ev heyvanının ölümü insanlarda illərlə davam edən ciddi psixi pozuntulara yol açdığını göstərib."PLOS One" elmi jurnalında dərc olunan tədqiqat göstərib ki, ev heyvanını itirən biri bu ağrını ən yaxın dostunun və ya qohumunun ölümü ilə eyni dərəcədə ağır yaşayır.
975 nəfər arasında keçirilən sorğu nəticəsində məlum olub ki, iştrakçıların 7,5%-də uzunmüddətli Yas Pozuntusu (UYP) diaqnozu müşahidə olunub.
Bu rəqəm dostunu (9,1%) və ya bacı-qardaşını (8,9%) itirənlərin göstəricilərinə olduqca yaxındır.İrlandiyanın Meynut Universitetinin psixologiya professoru Filip Haylend bildirib ki, bu itkini yaşayan insanlar dərin ümidsizlik, emosional uyuşma və gündəlik işləri yerinə yetirə bilməmək kimi simptomlarla üzləşir.
Ekspertlər xəbərdarlıq edir ki, bu cür itki yaşayan şəxslərə peşəkar psixiatrik yardımın göstərilməməsi onların həyat keyfiyyətini pisləşdirə bilər.
Saglamolun.Az Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu