Ev işləri və uşaq tərbiyəsi üçün 425 min manat ödəyir

26.11.2026

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Sosial mediada Yada Avakeninq adı ilə tanınan Yahdan Yada Ac’a Yadaya ev işləri və uşaqların tərbiyəsi ilə məşğul olduğuna görə ildə 250 min dollar (təxminən 425 min manat) ödəyir.

“Yeni Sabah” xəbər verir ki, sonun sözlərinə görə, analıq, ev işləri və uşaqların böyüdülməsi böyük əmək tələb edir.

Yahdan bu ödənişlə arvadının ailəyə verdiyi töhfəni maddi baxımdan da qiymətləndirmək istədiyini, hətta hər hamiləliyə görə əlavə 150 min dollar (təxminən 255 min manat) ödədiyini bildirib. Online alış-veriş

Sosial şəbəkələrdə istifadəçilər ailənin mümkün gəlir və xərclərini hesablayaraq ödənişlərin ümumi məbləğinin ildə 1 milyon dollara yaxın olduğunu ehtimal ediblər.

Yahdan Yada sosial şəbəkələrdə ailə münasibətləri və kişi məsuliyyəti ilə bağlı fikirləri ilə tanınır. Ac’a Yada da sahibkarlıq və doğuşa dəstək sahəsində fəaliyyət göstərir.

Əsmətxanım Rzazadə 


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью