Ev oyunlarında ən çox azarkeş toplayan komandalar bəlli oldu

03.04.2026

Icma.az bildirir, Unikal.az portalına istinadən.

2024/2025 mövsümündə Misli Premyer Liqası komandalarının ev oyunlarında orta hesabla iştirak etmiş azarkeş sayı açıqlanıb.

"Unikal" xəbər verir ki, bu barədə AFFA-nın hesabatında bildirilib.

Siyahıya "Turan Tovuz" başçılıq edir. Tovuz təmsilçisinin ev matçlarına orta hesabla 4361 tərəfdar gəlib.

"Neftçi" (2209) ikinci pillədə qərarlaşıb. İlk "üçlüy"ü "Sumqayıt" (1858) qapayıb.

Növbəti sıralarda "Qarabağ" (1729), "Sabah" (1357), "Şamaxı" (1161), "Kəpəz" (1033), "Zirə" (753), "Səbail" (642) və "Araz-Naxçıvan" (256) yer alıblar.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью