Ev sahibi bizə qarşı qərəzli davranır

27.06.2026

Qol.az saytına istinadən Icma.az xəbər verir.

"Ev sahibi bizə qarşı qərəzli davranır"

İran millisinin baş məşqçisi Əmir Qalenoi DÇ-2026-da komandasına qarşı ədalətsiz münasibət göstərildiyini bəyan edib.

QOL.az xəbər verir ki, "The Guardian" nəşrinin məlumatına görə, qrup mərhələsinin 3-cü turunda Misirlə matçdan (1:1) sonra keçirilən mətbuat konfransında çıxış edən mütəxəssis futbolun siyasətdən kənar olması və insanları birləşdirməli olduğunu vurğulayıb: 

"Biz bunu indiki çempionatda görmürük".

Qalenoi ev sahibi ölkə kimi ABŞ hakimiyyətinin siyasətə meyilli yanaşmasından narazılığını bildirib. Onun sözlərinə görə, İran futbolçularına qarşı münasibət olduqca qərəzlidir: 

"Bizdən oyunlara çox az qalmış gəlməyi və matç bitən kimi dərhal ABŞ-ı tərk etməyi tələb edirlər. FİFA amerikalıların bu yanaşmasına diqqət yetirməlidir. Ev sahibi ölkə bizə qarşı çox ədalətsiz davranır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью