Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Müasir tibbdə əsas məqsədlərdən biri xəstəlikləri ilkin mərhələdə aşkar etmək və vaxtında müdaxilə imkanlarını artırmaqdır. Bu istiqamətdə aparılan yeni araşdırmalar göstərir ki, sadə rəqəmsal testlər gələcəkdə nevroloji xəstəliklərin erkən müəyyənləşdirilməsində mühüm rol oynaya bilər.
Bu barədə “Herald Sun” nəşrində yayımlanan elmi-tibbi materialda qeyd olunub. Məqalədə Avstraliyanın Vikinq Demensiya Araşdırmaları və Təhsil Mərkəzinin alimləri tərəfindən hazırlanmış ev şəraitində tətbiq olunan yeni test texnologiyasından bəhs edilir.
Məlumata görə, yeni test insanın əl hərəkətlərindəki çox kiçik dəyişiklikləri analiz edərək yaddaş pozuntuları ilə bağlı erkən risk əlamətlərini müəyyən etməyə çalışır. Sistem kompüter və ya smartfon vasitəsilə qısa müddətdə tətbiq oluna bilir.
Alimlərin fikrincə, demensiya kimi xəstəliklərdə erkən aşkarlama müalicə və profilaktika imkanlarının artırılması baxımından böyük əhəmiyyət daşıyır. Yeni rəqəmsal yanaşmalar isə tibbi müayinələrə çıxışı məhdud olan insanlar üçün əlavə imkanlar yarada bilər.
Mütəxəssislər bildirirlər ki, gələcəyin səhiyyəsində rəqəmsal texnologiyalar həkim müayinəsini əvəz etməyəcək, lakin ilkin qiymətləndirmə və risklərin müəyyənləşdirilməsində mühüm köməkçi vasitəyə çevriləcək.
Elm adamları hesab edirlər ki, süni intellekt, rəqəmsal tibbi alətlər və böyük məlumatların təhlili nevroloji xəstəliklərlə mübarizədə yeni mərhələ yarada bilər.
N.Adilqızı
XQ