Ev şəraitində cavanlaşdırıcı üz kreminin hazırlanması

15.11.2024

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Ev şəraitində çox yaxşı təbii üz kremləri hazırlamaq olar.

Satışda olan kremlərin tərkibinə müxtəlif kimyəvi maddələr əlavə olunur ki, krem daha uzun müddət ərzində xarab olmasın, konsistensiyasını itirməsin və s. Ev şəraitində hazırlanan kremlərin əsas üstünlüyü onların təbii tərkibidir.

Sizə çox təsirli cavanlaşdırıcı kremin reseptini təqdim edirik.

İnqrediyentlər:

- 2 xörək qaşığı vazelin,

- 1 çay qaşığı ərik yağı,

- 1 çay qaşığı E vitamini yağda (apteklərdə satılır),

- 1 çay qaşığı küncüt yağı,

- 1 çay qaşığı bal.

Hazırlanması:

Bütün inqrediyentlər blenderdə yaxşı qarışdırın. Hazır kremi kiçik şüşə bankaya qoyun və soyuducuda saxlayın.  Bu kremi 1 ay ərzində istifadə etmək olar.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью