Ev şəraitində DUZ SKRABI Hamar, təmiz, cavan dəri

14.10.2026

Icma.az xəbər verir, Saglamolun saytına əsaslanaraq.

Duz dəri üçün çox faydalıdır. Duz iltihabları azaldır, dərini ölü hüceyrələrdən təmizləyir, cavanlaşdırır, hamar və dartınmış edir.

Saglamolun.az evdarliq.az-a istinadla oxucularına çox effektli duz skrabının reseptini təqdim edir.

İnqrediyentlər:

- 2 xörək qaşığı duz

- 1 örək qaşığı bal

- 1 kapsul E vitamini (apteklərdə satılır).

Balı duzla yaxşı qarışdırın ki, duz tamam ərisin. Sonra E vitamini kapsulunu iynə ilə dəşin, qarışığa əlavə edin, yaxşı qarışdırın.

Skrabı dəriyə çəkin, yüngül dairəvi hərəkətlərlə 2-3 dəqiqə ərzində massaj edin, 10 dəqiqə saxlayın və sonra yuyun.    

Daha yaxşı nəticə əldə etmək üçün bu skrabdan çiməndən sonra həftədə 2 dəfə istifadə edin.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью