Ev təmizliyində istifadə etdiyiniz məhsullara DİQQƏT EDİN

09.07.2025

Icma.az, News24 saytına istinadən bildirir.

Gündəlik həyatda əllərimizi, qabları və ya paltarları yuyarkən istifadə etdiyimiz sabun və təmizləyici vasitələr düşündüyümüz qədər zərərsiz olmaya bilər. Mütəxəssislər xəbərdarlıq edir: bəzi təmizlik vasitələrinin tərkibində olan kimyəvi maddələr insan sağlamlığı üçün ciddi risk yarada bilər.

News24.az xəbər verir ki, əgər evinizdəki sabun və ya  təmizləyici vasitələrin üzərində “benzalkonyum xlorid”, “amonyum xlorid” və ya “onyum xlorid” ilə bitən ifadələr yer alırsa, bu məhsullardan istifadə etməmək tövsiyə olunur. Bu maddələr kuaterner amonyum birləşmələri (QAC) adlanır və bakteriya ilə viruslara qarşı təsirli sayılır. Ancaq elmi tədqiqatlar bu maddələrin insan hüceyrələrinə də zərər verə biləcəyini ortaya qoyub.

Araşdırmalara görə, bu kimyəvi maddələr beyin hüceyrələrinə mənfi təsir göstərir. Laborator mühitdə aparılan təcrübələrdə QAC maddəsinə məruz qalan hüceyrələrdə inkişafın dayandığı və zədələnmələrin yarandığı aşkar edilib.

Sabun, maye sabun, qab yuyucu və digər təmizlik vasitələrini alarkən qablaşdırma üzərindəki tərkib hissəsinə mütləq baxın. 

Xeyrənsə Piriyeva

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью