Ev təsərrüfatlarına kredit qoyuluşları 19 mlrd. manata yaxınlaşıb

06.07.2026

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin 1 iyun tarixinə ev təsərrüfatlarına kredit qoyuluşu 18 milyard 869 milyon manat təşkil edib.

Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu sektora kredit qoyuluşları illik müqayisədə 1 milyard 778.6 milyon manat və ya 10.4% artıb.

Sektora kredit qoyuluşları aylıq müqayisədə isə cüzi – 1.3% artıb.

2025-ci ilin eyni dövründə ev təsərrüfatlarına verilən kreditlərin həcmi 17 milyard 90.4 milyon manat təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью