Icma.az bildirir, Banco.az saytına əsaslanaraq.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin 1 oktyabr tarixinə ev təsərrüfatlarına kredit qoyuluşu 19 milyard 910 milyon manat təşkil edib.
Banco.az Mərkəzi Banka istinadən xəbər verir ki, bu sektora kredit qoyuluşları illik müqayisədə 2 milyard 155.2 milyon manat və ya 12.1% artıb.
Sektora kredit qoyuluşları aylıq müqayisədə isə cüzi - 348.4 milyon və ya 1.8% artıb.
2025-ci ilin eyni dövründə ev təsərrüfatlarına verilən kreditlərin həcmi 17 milyard 754.8 milyon manat təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!