Icma.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır. Bakıda evakuator sürücüsünün yollarda sayrışan işığı yandıraraq hərəkət etməsi dig
Avtosfer.az xəbər verir ki, hadisə paytaxt yollarında qeydə alınıb.
Kadrlarda görünür ki, yükü olmayan evakuator sürücüsü özünü bir anlıq operativ nəqliyyat vasitəsi hesab edib və sayrışan işıqları yandıraraq digər nəqliyyat vasitələrindən yol tələb edir.
Halbuki, nə avtomobilin arxasında hər hansı bir nasaz nəqliyyat vasitəsi var, nə də hərəkəti zəruri edən başqa bir səbəb görünür.
Bu vəziyyət arxadan gələn sürücülərdən birinin etirazı ilə qarşılanıb.
Həmin şəxs bildirir ki, boş evakuatorun bu formada hərəkət etməsi digər sürücüləri çaşdırır və süni tıxac yaradır.
Onun sözlərinə görə, bu hal yollarda üstünlük qaydalarının pozulmasına və hətta qəza şəraitinin yaranmasına səbəb ola bilər: “Əgər yük yoxdursa, heç bir nasaz avtomobil daşınmırsa, işıqları yandırmağın nə mənası var?
Yolun ortasında belə üstünlük əldə etmək düzgün deyil. Bu, həm qanunaziddir, həm də digər sürücülərə hörmətsizlikdir”.