Icma.az, Avtosfer saytına istinadən bildirir.
Türkiyənin İzmir şəhərində maraqlı hadisə yaşanıb. Evakuator xidmətinin pulunu ödəmək istəməyən sürücü qeyri-adi üsula əl atıb. O, avtomobilini yük maşınının arxasına yerləşdirərək daşımanı bu şəkildə həyata keçirib.
Avtosfer.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə avtomobilin təhlükəsizlik tədbiri olmadan, təsadüfi şəkildə yük maşınına soxulduğu görünür.
İstifadəçilər videoya yumoristik şərhlər yazıblar.
Sürücünün bu davranışı yol hərəkəti və təhlükəsizlik qaydalarına zidd olduğu üçün birmənalı qarşılanmayıb və ciddi tənqidlərə səbəb olub.
Eltac Zülfüqaroğlu