Evdə baş verən yanğında 5 qardaş həyatını itirdi | Icma.az
Sonxeber.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Evdə baş verən yanğında 5 qardaş həyatını itirdi Gürcüstanın Abxaziya vilayətinin Qali rayonunda evdə baş verən yanğında 5 nəfər həyatını itirib.
Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, Gürcüstanın Sameqrelo-Zemo Svaneti vilayətinin icra başçısı Davit Verava verdiyi yazılı açıqlamada Qali rayonunun Saberio kəndində bir evdə yanğın baş verdiyini bildirib.
Verava qeyd edib ki, ailələri ilə birlikdə Saberio kəndinə qonaq gedən 5 qardaş yanğında həyatını itirib.
Yanğının baş vermə səbəbinin araşdırılması üçün istintaq başladılıb.
Gürcüstanın baş naziri İrakli Kobaxidze və prezident Mixeil Kavelaşvili də sosial media hesablarında yanğında həyatını itirən şəxslər üçün başsağlığı veriblər.
Sonxeber.azŞikayətiniz varsa Whatsapp: 051 7028255 Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu