Evdə belə gəzmək daban ağrısına səbəb ola bilər

10.08.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Nazik dabanlı ayaqqabı geyinmək və evdə ayaqyalın gəzmək xroniki daban ağrısına səbəb ola bilər.

Redaktor.az xəbər verir ki, ortopedik cərrah Abhijit Aqaşe “The Times of India” qəzetinə açıqlamasında bəzi ev terliklərinin ayaq sağlamlığı üçün təhlükə yarada biləcəyini bildirib.

Həkimin sözlərinə görə, xüsusilə döşəmə çini kafel, qranit və ya mərmər kimi sərt materiallardan hazırlandıqda ayaqyalın gəzmək və ya düz dabanlı terliklərdən istifadə etmək risklidir.

O qeyd edib ki, ayağın lazımi dəstək və yastıqlanmadan sərt səthə hər addım atması ayaq əzələlərinə düşən yükü artırır. Bu təsir dərhal hiss olunmasa da, zamanla daban nahiyəsində ağrıya səbəb ola bilər.

Mütəxəssis bildirib ki, ilkin mərhələdə dabanda yüngül və küt ağrı yaranır. Müalicə olunmadıqda isə ağrı getdikcə güclənə və hər addımda hiss oluna bilər.

Həkim xüsusilə yaşlı insanların və bədən çəkisi yüksək olan şəxslərin bu problemlə qarşılaşma riskinin daha çox olduğunu vurğulayıb.

Aytəkin TOFİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью