Evdə dünyaya gətirdiyi körpəni pəncərədən atan məktəbli qız saxlanıldı | Icma.az
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunda evdə dünyaya gətirdiyi körpəni bağlamanın içinə qoyaraq pəncərədən atan 15 yaşlı məktəblini polis saxlayıb.
Lent.az "İzvestiya" nəşrinə istinadla xəbər verir ki, ona qarşı "azyaşlının öldürülməsinə cəhd" maddəsi üzrə ittiham irəli sürülüb.
Hüquq-mühafizə orqanları uşağın anasını bu cinayətə sövq edən səbəbləri müəyyənləşdirməyə çalışırlar.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu