Evdə elektrik işləri görən kişi faciəvi şəkildə öldü

17.06.2026

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.

Modern.az-ın əldə etdiyi məlumata görə, Maştağa qəsəbə sakini, 1964-cü il təvəllüdlü Fərrux Əhməd oğlu Cavadov yaşadığı evdə elektrik naqilini təmir edən zaman onu elektrik cərəyanı vurub.

Nəticədə 62 yaşlı kişi hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin səbəbləri rayon prokurorluğu tərəfindən araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью