Evdə ən çox mikrob olan yer məlum oldu

02.07.2026

Azpost saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İnsanların əksəriyyəti evdə ən çirkli yerin hamam və ya tualet olduğunu düşünür. Lakin mikrobioloqların araşdırmaları fərqli nəticə ortaya qoyub.

Azpost.info bildirir ki, mütəxəssislərin fikrincə, ən çox bakteriya toplanan yerlərdən biri mətbəx süngəri və qab yuyan əski hesab olunur. Bunun səbəbi onların daim nəm qalması və qida qalıqları ilə təmasda olmasıdır.

Almaniyada aparılan laboratoriya tədqiqatında istifadə olunmuş mətbəx süngərlərində yüzlərlə müxtəlif bakteriya növü aşkarlanıb. Onların böyük hissəsi təhlükəsiz olsa da, bəzi növlər qida zəhərlənməsi riskini artıra bilər.

Ekspertlər tövsiyə edir ki, mətbəx süngəri həftədə ən azı bir dəfə dəyişdirilsin. İstifadədən sonra tam qurudulsun. Ət və tərəvəz üçün eyni süngərdən istifadə edilməsin.Həmçinin mətbəx dəsmalları tez-tez yüksək temperaturda yuyulsun.

Gigiyena üzrə mütəxəssislər bildirirlər ki, düzgün təmizlik vərdişləri bakteriyaların sayını əhəmiyyətli dərəcədə azalda bilər.

AzPost.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью