Evdə günlərlə nəzarətsiz qoyulan körpə... Təfərrüat

21.03.2025

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində körpənin üç gün evdə tək qalması ilə bağlı yeni təfərrüat məlum olub.

Globalinfo.az bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, ana sözügedən kənddə mənzillərin birində kirayə qalır, çətin xasiyyətli biridir.

Kənddə yerləşən kafelərin birində işləyən qadın hər gün səhər saat 11-12 radələrində işə gedir və övladını evdə tək qoyur. Gecə isə gec saatlarda evə gəlir.

Bildirilir ki, qadın körpəni ev sahibinin ümidinə qoyub gedir, o isə uşağa daim nəzarət edə bilmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью