Evdə hazırlanan dadlı mini pizzalar Resept

21.06.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Mini pizza hazırlamaq çox asandır və evdə olan ərzaqlarla da hazırlana bilər.
Demokrat.az lazım olan ərzaqları təqdim edir:
Xəmir üçün:
2 stəkan un
1 çay qaşığı quru maya
1 çay qaşığı şəkər
1 çay qaşığı duz
¾ stəkan ilıq su
2 xörək qaşığı zeytun yağı
Üzəri üçün:
3–4 xörək qaşığı pizza sousu və ya tomat pastası
150 q rəndələnmiş mozzarella və ya kaşar pendiri
Sosiska, kolbasa, göbələk, zeytun, bibər, qarğıdalı və ya istədiyiniz digər əlavələr
Hazırlanması
Maya, şəkər və ilıq suyu qarışdırıb 5–10 dəqiqə saxlayın.
Un və duzu qaba tökün, maya qarışığını və yağı əlavə edib yumşaq xəmir yoğurun.
Xəmiri örtüb 45–60 dəqiqə mayalanmağa qoyun.
Xəmiri 8–10 hissəyə bölərək kiçik dairələr formasında açın.
Üzərinə sous çəkin, pendir və seçdiyiniz əlavələri düzün.
Əvvəlcədən 200°C-yə qədər qızdırılmış sobada 12–15 dəqiqə bişirin.
Pendir əridikdə və kənarları qızardıqda mini pizzalar hazırdır.
Xəmir hazırlamaq istəmirsinizsə, lavaş, tost çörəyi və ya hazır burger çörəyi üzərində də mini pizza hazırlaya bilərsiniz. Üzərinə sous, pendir və əlavələri qoyub 8–10 dəqiqə sobada bişirmək kifayətdir.
Nuş olsun!
Leyla
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью